Bu gün İctimai Palatanın (İP) növbəti sessiyası keçirilir. Modern.az-ın məlumatına görə, sessiyaya İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn sədrlik edir. İclasa həmçinin
AMİP-in təmsilçiləri də qatılıblar. İP-nin katibi Gülağa Aslanlı saytımıza bildirib ki, təşkilata üzv olmaq üçün 50-dən artıq ərizə verən olub və bugünkü sessiyda onların məsələsinə baxılacaq.
Hazırda iclas davam edir. Bu günkü sessiya kütləvi aksiyaların davam etdirilməsi ilə bağlı da məsələni müzakirə etməlidir.
APA-nın məlumatına görə, İctimai Palatanın Müsavat Partiyasının qərargahında keçirilən sessiyası zamanı tüstülənmə yaranıb. Tüstülənmə zalda işıqların sönməsindən sonra baş verib.
Belə ki, qərargaha gələn elektrik enerjisi kəsilməsə də, zalın işıqları sönüb. Sonra isə tüstülənmə olub. Tüstülənmənin dəhlizdəki elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi bildirilir. Qısaqapanma nəticəsində dəhlizdə yaranan tüstü iclas zalına daxil olub. Tüstülənmənin qarşısının alınması ilə iclas iştirakçılarının narahatlığına son qoyulub və sessiya işini davam etdirib.
Qeyd edək ki, hazırda zalda işıq yanır və hazırda tüstülənmə də yoxdur.
Modern.az