Modern.az

Gənc alimlər BDU-ya toplaşıblar

Gənc alimlər BDU-ya toplaşıblar

29 Aprel 2011, 14:07

Bu gün Bakı Dövlət Universitetində Gənc alimlərin və tədqiqatçıların müasir biologiyanın nəzəri və tətbiqi problemləri mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransın plenar iclasını açan rektor, akademik Abel Məhərrəmov onun əhəmiyyətindən, elmə verəcəyi töhfələrdən bəhs edib.

Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və müstəqilliyimizin 20 illiyi ərəfəsində respublikada müxtəlif tədbirlər keçirildiyindən danışan rektor bu konfransın da həmin istiqamətdə atılan addımlardan biri olduğunu vurğulayıb.

Beynəlxalq konfransların elmin inkişafına xüsusi töhfələr verdiyini deyən rektorun sözlərindən məlum olub ki, konfransa Rusiya, Türkiyə, İran, Polşa, Çexoslovakiya və digər ölkələrdən materiallar təqdim edilib. BDU-nun 34 beynəlxalq proqram və qrant üzərində işlədiyini deyən rektor bununla təkcə Azərbaycanın neftinə deyil, həm də elminə investisiya qoyulduğunu diqqətə çatdırıb.

Abel Məhərrəmov, eyni zamanda, son illərdə Biologiya fakültəsinin maddi-texniki bazasının gücləndirilməsindən, müasir avadanlıqlarla təmin edilmiş laboratoriyaların fəaliyyətindən da danışaraq konfransın işinə uğurlar arzulayıb.

Sonra Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev «Müasir biologiyanın son nailiyyətləri» adlı məruzə ilə çıxış edib. Professor konfransın işini «Bitki fiziologiyası, biokimya, biofizika və molekulyar biologiya», «Onurğalılar və onurğasızlar zoologiyası», «İnsan və heyvan fiziologiyası və genetika», «Ekologiya, botanika, mikrobiologiya və torpaqşünaslıq» adlı bölmələrdə davam etdirəcəyini, ümumilikdə 103 məruzənin dinləniləcəyini bildirib.  



M.A
ğaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?