Modern.az

ABŞ-da silahlı insident: 8 ölü

ABŞ-da silahlı insident: 8 ölü

Dünya

28 May 2017, 20:02

ABŞ-da silahlı insident olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Missisipi ştatında qeydə alınıb. Cinayətkarın ən azı 3 evə hücum etməsi nəticəsində 8 nəfər öldürülüb. Məlumata görə, öldürülənlərdən biri yerli polis rəisinin müavinidir. Hadisəni törədən cinayətkar saxlanılıb. Hazırda cinayətin motivi araşdırılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU