Modern.az

MTN Hacı Məmmədovla bağlı araşdırmaları davam etdirir

MTN Hacı Məmmədovla bağlı araşdırmaları davam etdirir

29 Aprel 2011, 15:04

Nazir Eldar Mahmudov bu barədə məlumat verib

Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçirib.

Bu barədə hüquq müdafiəçisi məlumat verib. Komitə sədri təcridxanada yeməyin keyfiyyəti, saxlanılanların dərman preparatları ilə təmin olunub-olunmamalarını yoxladıqlarını bildirib: “Monitorinq normal qaydada keçdi. Hər hansı nöqsan aşkarlanmadı”.
APA-nın məlumatına görə, hüquq müdafiəçisi monitorinqdən sonra milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşdüyün qeyd edib:
“Eldar Mahmudovla insan hüquqları və azadlıqları mövzusunda söhbətimiz oldu. Fikir mübadiləsi apardıq. Nazir mənim bütün suallarıma cavab verdi. Mən Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə də maraqlandım. Eldar Mahmudov mənə bildirdi ki, Hacı Məmmədovun barəsində bəzi araşdırmalar hələ də davam etdirilir. Hacı Məmmədov Eldar Mahmudova məktub yazaraq xahiş edib ki, təhlükəsizliyini qorumaq üçün onu nazirliyin istintaq təcridxanasında saxlasınlar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?