Modern.az

3 erməni hərbçinin ölümünə görə hərbi hissə komandiri və  müavini işdən qovuldu

3 erməni hərbçinin ölümünə görə hərbi hissə komandiri və  müavini işdən qovuldu

Qarabağ

29 May 2017, 15:25

Azərbaycanin işğal altında olan Dağlıq Qarabağ bölgəsində 3 erməni hərbçisinin ölümü ilə bağlı cinayət işi açılıb.

 

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisəyə görə hərbi hissə komandiri və onun müavini vəzifələrindən azad edilib.

Bu haqda Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyan məlumat verib.

Xatırladaq ki, mayın 7-də keçmiş Ağdərə rayonunun Madagiz kəndi yaxınlığında "Vilis" markalı avtomobilin gölə düşməsi nəticəsində  1998-ci il təvəllüdlü Ruben Barseqyan, 1997-ci təvəllüdlü Rafael Bişaryan və 1998-ci il təvəllüdlü Ruben Mnasakanyan boğulub ölüb.  

 

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir