Modern.az

İctimai Palatanın mitinqlə bağlı qərarı havada qalıb

İctimai Palatanın mitinqlə bağlı qərarı havada qalıb

29 Aprel 2011, 16:35

Müsavat Partiyasının qərargahında İctimai Palatanın növbəti sessiyası öz işini sona çatdırıb. Sessiyada İctimai Palata üzvlərinin əksəriyyəti iştirak edib. Müsavat başqanı İsa Qəmbər BŞBPİ-də istintaqda olduğu üçün İP-in sessiyasına qatıla bilməyib.

Sessiyanın gündəliyi layihə şəklində artıq dünəndən müəyyənləşib. Bu gün sessiyada İctimai Palatanın platforması, kütləvi aksiyaların davam etdirilməsi, ölkədəki ictimai-siyasi vəziyyət, qanunsuz həbs olunanların müdafiəsi məsələləri müzakirəyə çıxarılıb.

Sessiyaya İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn sədrlik edib. O deyib ki, İP-in bu gün keçirilən sessiyasında AMİP üzvləri də iştirak edirlər.

Sessiyada kütləvi aksiyalarla bağlı ciddi müzakirələr gedib.

Modern.az “musavat.com” saytına istinadən bildirir ki, çıxış edən İP və Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli növbəti mitinqin vaxtı ilə bağlı qərar verilməsini təklif edib: “Mən mayın 15-ni təklif edirəm. Əks halda, bizim qorxduğumuzu düşünəcəklər”.
M.Hacıbəyli ötən 3 iclas ərzində İP Koordinasiya Şurasının yeni aksiya gününü təyin etmədiyinə görə təəssüfləndiyini də bildirib. İP üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bildirib ki, “birdən deyərlər ki, qorxdular” prinsipi ilə aksiya təyin etmək düzgün deyil:
“Biz kütləvi aksiyaların keçirilməsinin tərəfdarıyıq. Ancaq bunu ağıllı şəkildə, təşkilatlanaraq etməliyik. Elə hazırlaşmalıyıq ki, qarşımızı ala bilməsinlər. Elə etməliyik ki, aprelin 17-si tendensiyası təkrarlanmasın”.

İP üzvü, AXCP sədrinin müavini Nurəddin Məmmədli də çıxışında aksiya keçirilməsinin tərəfdarı olduğunu, lakin buna ciddi hazırlaşmağın zəruriliyini vurğulayıb: “17 aprel aksiyası göstərdi ki, Azərbaycan xalqı hələ bu mübarizəyə hələ hazır deyil. Aksiyalar müxalifətin olmamalı, ümumxalq hərəkatına çevrilməlidir”.

N.Məmmədli aksiya gününün təyin olunması ilə bağlı səlahiyyətin İP Koordinasiya Şurasına verilməsini təklif edib. İP üzvü, AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov isə deyib ki, mitinqləri daha izdihamlı etmək üçün təşkilatlanmaya ehtiyac var.

Gərgin keçən müzakirələrdən sonra toplantı iştirakçıları may ayında etiraz aksiyası təşkil etmək barədə yekun qərara gələ bilməyiblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?