Modern.az

Mayın 1-də 25 şəhərdə sınaq imtahanı keçiriləcək

Mayın 1-də 25 şəhərdə sınaq imtahanı keçiriləcək

29 Aprel 2011, 17:01

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il mayın 1-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə Respublikanın 25 şəhərində sınaq imtahanı keçirəcək.

Modern.az TQDK-ya istinadla xəbər verir ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Ağstafa, Şəmkir, Tovuz, Şəki, Goranboy, Zərdab, Ağdaş, Füzuli, Beyləqan, Hacıqabul, Lənkəran, Cəlilabad, Quba, Qusar, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 42 binada aparılacaq. İmtahanda iştirak etmək üçün 32045 nəfər qeydiyyatdan keçib.

Sınaq imtahanı iştirakçılarına yeni (4 nömrəli) test kitabçası təqdim olunacaq.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar!

"Bildiririk ki, mayın 15-də keçiriləcək sınaq imtahanlarına Bakı şəhərində keçiriləcək sınaq imtahanı istisna olmaqla yazılış hazırda davam edir. Bakı şəhərində mayın 15-də kerçiriləcək sınaq imtahanlarına abituriyentlər mayın 2-dən etibarən yazıla bilərlər"-deyə TQDK-bəyan edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?