Modern.az

İsa Qəmbəri buraxdılar

İsa Qəmbəri buraxdılar

29 Aprel 2011, 17:16

Bu gün saat 11-00-da ifadə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə gedən Müsavat başqanı İsa Qəmbər artıq oranı tərk edib. Modern.az-ın məlumatına görə, 4 saatdan artıq çəkən istintaqdan sonra Müsavat başqanı İsa Qəmbər polis idarəsinin binasından çıxıb və jurnalistlərə bildirib ki, orada ona 2 aprel aksiyası və İctimai Palatanın fəaliyyətinə dair çoxsaylı suallar verilib.
Qeyd edək ki, Müsavat başqanı bundan əvvəl bir dəfə BŞBPİ-də ifadə verib.

Dünən AXCP sədri Əli Kərimli də adı çəkilən polis idarəsində 5 saatdan artıq müddətdə sorğu-suala tutulub.
Liderlər 2 aprel aksiyası ilə bağlı qaldırılan cinayət işini qurama və əsassız saydıqlarını bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?