Azərbaycanda bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərarlar çıxaran hakimlər üçün cərimələrin məbləği artırılır.
Modern.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, hakimlər bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarmağa görə 5000 manatdan 8000 manatadək miqdarda cərimələnəcək və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar.
Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək iclasında müzakirə ediləcək.
Mirmahmud KAZIMOĞLU