Modern.az

Bakıda polisin öldüyü yol qəzasında toqquşma anı - VİDEO

Bakıda polisin öldüyü yol qəzasında toqquşma anı - VİDEO

30 May 2017, 16:42

Bakıda bu gün səhər saatlarında polis əməkdaşlarının düşdüyü yol qəzasının görüntüləri yayılıb.

 

Toqquşma anını əks etdirən görüntüləriAPA-ya şahidlər təqdim ediblər.

 

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində Səbail rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünə məxsus olan “Fiat Doblo” markalı, 99 AP 658 dövlət qeydiyyat nişanlı avtomobil və 10 VV 155 dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı maşın toqquşub.

 

Qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi yaralanıb.


Xatırladaq ki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Səbail rayon Polis İdarəsinə məxsus “Fiat Doblo” markalı avtomobil “Porsche” markalı maşınla toqquşub.

 

Qəza nəticəsində polis əməkdaşı, 1992-ci il təvəllüdlü Zeynallı Emin Adil oğlu ölüb, bir neçə nəfər yaralanıb.


“Porsche Cayenne”ni Suraxanı sakini, 1974-cü il təvəllüdlü Məmmədov Rövşən Aydın oğlu idarə edirmiş. Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Məmmədov Travmotologiya İnstitutuna yerləşdirilib.


F
aktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj