Azərbaycan Respublikasının Prezidenti ABŞ-ın dövlət başçısı Barak Obamaya başsağlığı məktubu yazıb. Məktubda deyilir:
- Hörmətli cənab Prezident,
Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti