Modern.az

Əfqan Muxtarlıya qarşı iki maddə üzrə ittiham irəli sürüldü - Yenilənib

Əfqan Muxtarlıya qarşı iki maddə üzrə ittiham irəli sürüldü - Yenilənib

Aktual

30 May 2017, 21:06

Vəkil Elçin Sadıqov Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlı ilə görüşüb. Modern.az xəbər verir ki, jurnalistlərə açıqlama verən vəkil Əfqan Muxtarlıya qarşı irəli sürülən maddələri açıqlayıb.

Vəkil bildirib ki, Ə. Muxtarlıya qarşı CM-nin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206-cı (Qaçaqmalçılıq) maddələri  ilə ittiham irəli sürülüb.

Elçin Sadıqovun sözlərinə görə, Ə.Muxtarlı Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib.

 

Modern.az

 

18:28

 

Ötən gün Tbilisidə saxlanılan jurnalist Əfqan Muxtarlı Azərbaycana gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya məlumat verən vəkil Nemət Kərimli onun Dövlət Sərhəd Xidmətinə gətirildiyini bildirib.  

Vəkilin sözlərinə görə, Ə. Muxtarlı sabah məhkəmə qarşısına çıxarılacaq.

 

Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj