Türkiyədə İŞİD terror qruplaşması üzvlərinə qarşı növbəti əməliyyat keçirilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı İŞİD-in Türkiyə üzrə qruplaşmasının ali nümayəndələrindən sayılan “Əbu Hanzala” kod adlı Halis Bayancuk yaxalanıb. Terrorçu İstanbulda təşkil edilən əməliyyat zamanı ələ keçib.
Modern.az