Bakıda əcnəbi ər arvadını döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib. Modern.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu Səməd Vurğun küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan Aysel Ubidige polisə müraciət edərək bildirib ki, Nigeriya vətəndaşı olan həyat yoldaşı, Erik Samuel Ubidige onu vəhşicəsinə döyərək xəsarətlər yetirib.
Xəsarətlərin dərəcəsini müəyyənləşdirmək üçün ekspertiza təyin edilib, araşdırma aparılır.
Modern.az