Rusiya İstintaq Komitəsi qasırğa qurbanlarının sayını açıqlayıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskva və Moskva vilayətində mayən 29-da baş vermiş qasırğa nəticəsində ölənlərin sayı 15 nəfər olub
Dəqiqləşdirilmiş məlumata əsasən, təbii fəlakət nəticəsində, 10-u Moskvada və 5-i Moskva vilayətində olmaqla, ümumilikdə 15 nəfər ölüb, 200-dək insan xəsarət alıb. Ölənlər müxtəlif yaşdadır, onların arasında yetkinlik yaşına çatmamış şəxslər də var. Qeyd edək ki, qasırğa zamanı Moskva sakinlərinin ölümünün səbəblərini və təfərrüatlarını müəyyənləşdirmək məqsədi ilə İstintaq Komitəsində qərargah yaradılıb.
Modern.az