Modern.az

Prezident sərəncam verdi: "Akademiya şəhərciyi" "təmizlənəcək"

Prezident sərəncam verdi: "Akademiya şəhərciyi" "təmizlənəcək"

29 Aprel 2011, 17:56

Prezident İlham Əliyev Azərbaycan  Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında  sərəncam imzalanıb.
Sərəncamda deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat institutlarının maddi-texniki bazasının daha da gücləndirilməsini və mövcud kitabxana fondlarının müasir tələblər səviyyəsində qurulmasını təmin etmək məqsədi ilə qərara alınır:

1.Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasının yeni binasının 2011-2013-cü illərdə “Akademiya şəhərciyi” ərazisində (Hüseyn Cavid prospekti, 31) tikilməsi təmin olunacaq.
 
2.Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə “Xəzər Elmi Tədqiqat Mərkəzi”nin yaradılması ilə bağlı təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
 
3. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti neft-kimya yönümlü institutların zəruri avadanlıqlarla təchiz edilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidirlər.

4. Azərbaycan Milli Elmlər Akademiyasının “Akademiya şəhərciyi” ərazisində yerləşən Fizika və Geologiya institutlarının, eləcə də Sumqayıt şəhərində yerləşən Polimer Materialları İnstitutunun binalarının əsaslı təmiri 2011-2012-ci illərdə həyata keçiriləcək.

5. Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının “Akademiya şəhərciyi” ərazisindəki qeyri-akademik qurumların köçürülməsini təmin etməlidirlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?