Modern.az

Venesueladakı aksiyalarda ölənlərin sayı 69-a çatıb

Venesueladakı aksiyalarda ölənlərin sayı 69-a çatıb

Aktual

30 May 2017, 23:45

Venesuelada keçirilən etiraz aksiyalarında ölənlərin sayı 69-a çatıb. Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Venesuelanın cinayət forumu" qeyri-hökumət təşkilatının rəhbəri Alfredo Romero bildirib.

Romeronun verdiyi məlumata görə, 49 nəfər birbaşa aksiyalar zamanı öldürülüb, qalanları isə müxtəlif insidentlər, bədbəxt hadisələr və soyğunçuluq nəticəsində həlak olub.

Ölkənin baş prokuroru Luis Oreqo Diasın yaydığı rəsmi məlumatda isə aksiyalar zamanı 55 nəfərin həlak olduğu bildirilir. Lakin yerli mətbuat ölənlərin sayının 60-dan çox olduğunu yazır.

Venesuelada kütləvi etiraz aksiyaları aprelin əvvəllərindən keçirillir. Buna səbəb Ali Məhkəmənin müxalif Milli Assambleyanın səlahiyyətini məhdudlaşdırması olub. Qərar sonradan ləğv edilib. Lakin müxalifətin tərəfdarları küçələrə çıxaraq məhkəmə üzvlərinin vəzifədən uzaqlaşdırılmalarını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj