Modern.az

Xaqaninin «Torqovıy»dakı heykəli niyə götürülüb?

Xaqaninin «Torqovıy»dakı heykəli niyə götürülüb?

30 Aprel 2011, 10:25


Son illər paytaxt Bakının sürətlə abadlaşdırılmasının aşkar şahidiyik. Bəzi halları nəzərə almasaq, paytaxtımız günü-gündən gözəlləşir. Əsasən xarici türistlərin istirahət yeri hesab olunan «Torqovıy» kimi tanıdığımız Nizami küçəsinin qədimiliyini qorumaq şərtilə təmir-bərpa işlərinin aparılması təqdirəliyiq haldır. Küçə, sözün əsl mənasında gözəldir. Amma burada bir əmma var ki, onu diqqətdən kənarda qoymaq olmaz. Küçənin ən görməli yerində «Xaqani» Ticarət Mərkəzi yerləşir.

Hələ tikilmyə başlayandan böyük qalmaqala səbəb olan ticarət mərkəzi bu qədim, tarixi küçənin özəlliyini, tarixiliyini şübhə altında saxlayır. Araşdırmalar göstərir ki, «Xaqani» Ticarət Mərkəzinin tikinti layihəsini xarici arxitekturlar hazırlayıb. O zaman ölkənin sayılıb-seçilən arxitektorları bu layihə ilə razılaşmasalar da, bir nəticə ortaya qoyulmadı. Dirəniş nəticəsində indiki «Xaqani» Ticarət Mərkəzi elə xarici arxitektorların istədikləri kimi tikilib. Hələ bütün bunlar azmış kimi, Ticarət Mərkəzinin ərazisinin böyüdülməsi planı işə düşüb. Bu plan nəticəsində küçənin ən qədim parkı da darmadağın edilib. Belə ki, «Xaqani» Ticarət Mərkəzinin düz ortasında qədim və adla tanınan «Xaqani» parkı olub. O qədər də böyük olmayan, amma daha qədim hesab edilən bu pakr dünyanın ən tanınmış insanlarının istirahət məkanı kimi tanınıb. Xarici ölkələrdən gələnlər və əsasən də küçənin yaşlı sakinləri bu parkda istirahət edər, nəvə-nəticələrinə onun qədimliyini, tarixini aşılayarmışlar. Amma günlərin birində bu park buradan götürüldü, böyük Xaqaninin heykəli müəmmalı şəkildə yoxa çıxdı.

Əvəzində isə küçənin qədimliyini pozan yeni dükanlar, mağazalar tikildi. Parkın niyə, hansı sərəncamla sökülməsi və ən əsası, Xaqaninin heykəlinin hara qeyb olması bu günə qədər sirr kimi saxlanılır. Araşdırmalar göstərir ki, həmin paytaxtın ən birinci salınan pakrlarından olub və hətta Nobel qardaşlarının azərbaycanlı əməkdaşları ilə bu parkda olan şəkilləri Fransanın mərkəzi muzeylərində saxlanılır. Hətta bu gün də o muzeydəki şəkilləri görüb Azərbaycana gələn xarici türistlər bu parkda Nobel qardaşları kimi şəkil çəkdirib tarix yaratmaq istəyirlər. Bu gün isə xarici qonaqlar bunun əvəzində o qədər də göz oxşamayan, küçənin planını tamam pozan və heç bir özəllik yaratmayan «Xaqani» Ticarət Mərkəzini, onun səliqəsiz tikilmiş dukanlarını görürlər.

Ticarət Mərkəzində çalışan sahibkarlar deyir ki, satış obyektlərinin kirayəsi baha olduğundan satış qiymətləri də məcburən bahalaşdırılır. Bu da alıcalıların ciblərinə uyğun gəlmir. Nəticədə mərkəzdə alış-veriş demək olar ki, çox aşağı səviyyədədir. Gün ərzində 3-5 adam Ticarət Mərkəzinə gəlir ki, onlar da qiymətlərin baha olmasını görüb, dərhal uzaqlaşırlar. Sahibkarlar deyir ki, Ticarət Mərkəzi demək olar ki, fəaliyyət göstərə bilmir. Amma qəribə orasındadır ki, "Xaqani" Ticarət Mərkəzinin sahibi olan fars əsilli biznesmen nə qiymətləri aşağı salır, nə də mərkəzi əlindən vermək istəyir. Görünür, burada başqa məqamlar var.

 

Aysər

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza