Modern.az

Stalinin Türkiyəyə hücum planına nə mane oldu? - TARİX

Stalinin Türkiyəyə hücum planına nə mane oldu? - TARİX

Aktual

31 May 2017, 11:44

SSRİ rəhbəri İosif Stalin Böyük Vətən Müharibəsinin başlanmasına qədər Türkiyə ilə müharibəyə hazırlaşırdı.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Sovet lideri Qara dəniz boğazlarına sahib olaraq, Aralıq dənizinə çıxmağı hədəfləyirdi.

 

Rusiyalı jurnalistlər Stalinin 1940-cı il noyabrın 25-də Bolqarıstan Sosial-Demokrat Partiyasının sədri Georgi Dimitrovla görüşdə dediyi ifadələri üzə çıxarıb.

 

“Biz türkləri Asiyaya qovacağıq. Nə Türkiyə? Orda 2 milyon gürcü, 1,5 milyon erməni, 1 milyon kürd və s. var. Türklər özləri vur-tut 6-7 milyondur” –deyə görüşün stenoqramında yazılıb.

 

Məlumata görə, Türkiyəyə qarşı hücum əməliyyatına hazırlıq 1941-ci ilin 21 iyununa qədər davam edib. Lakin Almaniyanın SSRİ-yə hücumu bu planları alt-üst edib.

 

Vüqar İSMAYILOV

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj