Modern.az

Erməni ordusu itki verib: 2 ölü, 1 yaralı...

Erməni ordusu itki verib: 2 ölü, 1 yaralı...

30 Aprel 2011, 10:53

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 29-da saat 12.00-dan 12.35-dək, 12.55-dən 13.05-dək, 13.20-dən 13.30-dək, 13.45-dən 14.00-dək, 15.30-dan 15.35-dək, 15.45-dən 15.55-dək, 18.00-dan 18.10-dək  və 19.05-dən 19.15-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- aprelin 30-da saat 00.15-dən 00.20-dək və 00.15-dən 00.25-dək Ağdam rayonunun Cəvahirli və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Erməni tərəfi isə itki verib. “Armenia today”ın məlumatına görə, Azərbaycan ordusnun açdığı cavab atəşi nəticəsində 2 erməni hərbçisi ölüb, 1-i yaralanıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?