Modern.az

"Suriya uşaqları üçün ümidlər"

"Suriya uşaqları üçün ümidlər"

Aktual

31 May 2017, 11:45

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı Azərbaycan Təhsil Nazirliyi ilə birgə 1 iyun - "Beynəlxalq Uşaqlar Günü" münasibəti ilə "Suriya uşaqları üçün ümidlər" adlı sosial kampaniya həyata keçirib. Kampaniya Suriyadan Türkiyənin müxtəlif ərazilərinə pənah gətirmiş uşaqlara həsr olunub.

 

Əsas məqsəd bu gün dünyada baş verən müharibələr və onun nəticələrindən əziyyət çəkən uşaqlara diqqət yönəltməkdir. Kampaniya çəriçəvində uşaqlar üçün lazımı əşyalar (geyim, oyuncaq və.s), məktəblilərin suriyalı həmyaşıdlarına yazdıqları məktublar toplanıb. Toplanmış əşyalar və məktublar İttifaqın Türkiyə təmsilçisi vasitəsilə ehtiyacı olanlara müvafiq şəkildə çatdırılacaq.  

 

Sosial Kampaniyanının tərəfdaşı kimi Təhsil Nazirliyi və tabeliyində olan qurumlara, kampaniyaya dəstək verən "Bir Tələbə Könüllü Proqramı"na, fərdi şəxslərə, məktəblilərə "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı adından təşəkkür edilib.

 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj