Modern.az

“Türkiyə ədəbiyyatı antologiyası” - Azərbaycanda ilk dəfə

“Türkiyə ədəbiyyatı antologiyası” - Azərbaycanda ilk dəfə

Aktual

31 May 2017, 11:48

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) işıq üzü görüb.

XIX-XX əsr Türkiyə ədəbiyyatının mənzərəsini ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim edən kitabda əllidən çox tanınmış Türkiyə ədibinin əsərləri yer alır.

Antologiyanı dilimizə tərcüməçilər Qəmər Alxanova, Kəmalə Ələkbərova və Sənan Nağı çeviriblər. Ön sözün müəllifi Etimad Başkeçid, redaktorlar – Yaşar Əliyev və Salam Sarvandır.

Kitab iyunun 5-də Yunus Emre Türk Mədəniyyət Mərkəzində geniş ictimaiyyətə təqdim olunacaq. 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj