Modern.az

DİN Bakıda polisin öldüyü qəza ilə bağlı məlumat yayıb

DİN Bakıda polisin öldüyü qəza ilə bağlı məlumat yayıb

Aktual

31 May 2017, 11:59

Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı məlumat yayıb.

 

DİN-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə mayın 30-da saat 10 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi “Porsche” markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi “Fiat-Dobla” markalı avtomobilə vurub.

 

Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib.
 

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj