Modern.az

Səfərbərlik üzrə Dövlət Xidməti dövlət qulluğu kateqoriyasına daxil edildi

Səfərbərlik üzrə Dövlət Xidməti dövlət qulluğu kateqoriyasına daxil edildi

Aktual

31 May 2017, 14:41

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət qulluğu kateqoriyasına daxil edilib.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə “Dövlət qulluğu haqqında” qanunun 2-ci (Dövlət qulluğu) maddəsinə təklif edilən əlavə Milli Məclisin bu gün keçirilən iclasında səsverməyə çıxarılıb.

 

Əlavəyə əsasən, maddədə dövlət qulluğu növü siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adı salınır.

Layihə səsə qoyularaq qəbul edilib.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj