Modern.az

Fuad Muradov: "Açığı, bu cür ayrı-seçkiliyi başa düşmürəm"(FOTOLAR)

Fuad Muradov: "Açığı, bu cür ayrı-seçkiliyi başa düşmürəm"(FOTOLAR)

30 Aprel 2011, 16:39


Bu gün Gənclər Təşkilatları Milli Şurası 2009-cu il 30 aprel tarixində Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terrorun qurbanlarını anıblar. Modern.az-ın məlumatına görə, Milli Şuranın sədri Fuad Muradov, şuranın katibliyi, üzv təşkilatlar, habelə “İrəli” ictimai Birliyi və Tələbə Gənclər Təşkilatları ittifaqının üzvləri birgə Neft Akademiyasına gələrək terror nəticəsində həyatlarını itirmiş insanları yad ediblər. Gənclər qrup şəklində ADNA-ın qarşısına gələrək ora gül dəstələri qoyub, faciə qurbanlarını xatirəsini anıblar.

ARGTMŞ sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib ki, dünya ictimaiyyəti belə hadisələrə çox sərt reaksiya verməlidir. O, 30 aprel hadisəsinin terror olduğunu da söyləyib.

Aksiyanın icazəli olduğunu deyən F.Muradov digər bəzi gənclər təşkilatlarının ADNA-nın yaxınlığında icazəsiz aksiya keçirmək təşəbbüsünə münasibət də bildirib. O, gənclər arasında ayrı-seçkilik salmadıqlarını, istənilən gəncin onların aksiyasına qoşula biləcəyini söyləyib:
“İstənilən gənc iki əvvəl baş vermiş hadisə ilə bağlı münasibət bildirmək, başsağlığı vermək istəyirdisə, imkandan yararlana bilərdi. Açığı, bu cür ayrı-seçkiliyi başa düşmürəm və fikirləşirəm ki, bu məsələdə heç bir digər başqa fikirlər yoxdursa, aksiyanın kimin neçədə keçirməsinin də fərqi yoxdur”.

 

 


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?