Gürcüstanda saxlanılaraq Bakıya gətirilən jurnalist Əfqan Muxtarlıya qarşı yeni ittiham irəli sürülüb. Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.
Hazırda Səbail rayon Məhkəməsinə jurnalistin gətirilməsini gözlədiyini bildirən vəkil Əfqan Muxtarlı barəsində həbs-qətiimkan tədbiri seçiləcəyini açıqlayıb:
“Ona qarşı əlavə olaraq Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə ittiham irəli sürüldü. İttihamda Dövlət Sərhəd Xidmətinin əməkdaşının həyatı və sağlamlığı üçün zor tətbiq edildiyi göstərilir”.
Qeyd edək ki, Ə.Muxtarlıya qarşı bundan əvvəl CM-nin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206-cı (Qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Gülşən RAUFQIZI