Modern.az

BP Azərbaycanla müqaviləni 2050-ci ilə qədər uzadacaq

BP Azərbaycanla müqaviləni 2050-ci ilə qədər uzadacaq

Aktual

31 May 2017, 18:21

Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənilməsinə müqavilə iyun ayında uzadılacaq.

 

Modern.az-ın məlumatına görə, bunu “BP”nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons jurnalistlərə bildirib.

 

O bildirib: “AÇG” blokunun işlənilməsinə dair müqavilə gələn ay uzadılacaq. İmzalanacaq saziş bu layihəyə yatırılacaq investisiyaların həcminin artırılmasına imkan verəcək".

Xatırladaq ki, 2016-cı ilin dekabrın ayının 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG-nin gələcək işlənməsi üçün niyyət məktubu imzalayıblar.

 

Bu razılaşma yataqlar blokunun 2050-ci ilədək işlənməsini əhatə edəcək və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əlavə edəcək.

Qeyd edək ki, niyyət məktubu AÇG-nin gələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır və tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj