“Böyük Britaniya Azərbaycana qoyulan birbaşa sərmayələrə görə liderdir və bunun artırılması üçün gözəl şərait var”.
Modern.az xəbər verir ki, bunu Böyük Britaniya səfiri Karol Krofts ABŞ və Böyük Britaniya səfirliklərinin 24-cü Neft və Qaz sərgisi ilə bağlı keçirilən qəbulunda bildirib.
"Ümumilikdə 400-ə yaxın Böyük Britaniya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan Böyük Britaniya üçün prioritet ölkə olaraq qalır. Üç həftə sonra Azərbaycan ikinci dəfə Formula 1 yarışını keçirəcək. 10 komandadan 8-i Böyük Britaniyada yerləşir. Bu sektor neft-qaz sektoru kimi məşhurdur"- deyə səfir vurğulayıb.
Aqşin KƏRİMOV