Modern.az

ABŞ təyyarəsi yanğın səbəbindən məcburi eniş etdi

ABŞ təyyarəsi yanğın səbəbindən məcburi eniş etdi

31 May 2017, 20:29

Nyu-Yorkdan San-Fransiskoya uçan "JetBlue" aviaşirkətinin təyyarəsi Miçiqanda məcburi eniş edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Federal Aviasiya İdarəsinin məlumatına görə, təyyarənin məcburi eniş etməsinə sərnişinlərdən birinin noutbukunda akkumulyatorun alışması səbəb olub.

Təyyarə havada olarkən sərnişinlər göyərtədə tüstü qoxusu hiss ediblər. İnsidentlə əlaqədar pilot dərhal təyyarənin endirilməsi barədə qərar qəbul edib.

Göyərtəsində 158 sərnişin olan təyyarə uğurlu eniş edib və dərhal yanğın söndürmə briqadası təyyarəyə yaxınlaşıb.

Məlumatda qeyd olunur ki, təyyarəyə göyərtədəki bu insidentlə bağlı ziyan dəyməyib və təyyarə uçuşuna davam edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?