Dövlət Gömrük Komtəsinin ayra-ayrı regional idarələrinin əməkdaşları daxili orqanında narkotik maddə daşıyan qaçaqmalçılar yaxalayıblar. Modern.az-ın məlumatına görə, bu barədə komətinin mətbuat xidmətindən xəbər verilib.
Belə ki, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində İrandan Azərbaycana piyada gələn vətəndaş Ələsgərov Vüqar Şiraslan oğlunun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı Ələsgərov Vüqar Şiraslan oğlunun üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməyib. O, yoxlandıqca özünü çox narahat hiss etdiyindən daxili orqanlarının həkim köməkliyi ilə yoxlamaq qərarına gəlinib. Biləsuvar Gömrük İdarəsinin inzibati binasına gətirilən Ələsgərov Vüqar gömrük nəzarətindən gizlədərək düz bağırsağında saxladığı, polietilendə qablaşdırılmış 2 bükümdə ümumi xalis çəkisi 1,310 qram olan narkotik vasitə heroini və bir bükümdə xalis çəkisi 0,270 qram olan psixatrop maddə - metamfetamin aşkar edilib.
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsindən daxil olmuş məlumat əsasında Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn AR vətəndaşı Əliyev Ənvər Əlibala oğlu saxlanılıb. Onun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı Əliyev Ənvər Əlibala oğlunun düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş, yapışqanlı lentlə sarınaraq qırmızı rəngli rezin şarda qablaşdırılmış, bir ədəd uzunsov bükümdə xalis çəkisi 104,005 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Astara Gömrük İdarəsində Dövlət Sərhəd Xidməti əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Əmirov İsrafil Rizvan oğlu piyada yolu ilə İran İslam Respublikasından Azərbaycana gələrkən Sərnişin şöbəsində gömrük nəzarətindən keçib. Aparılmış şəxsi yoxlama zamanı Əmirov İsrafil Rizvan oğlunun daxili orqanlarına həkim müayinəsi zərurəti yarandığı üçün o, Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada həkim müayinəsi zamanı vətəndaş Əmirov İsrafil Rizvan oğlunun düz bağırsağından bir ədəd üst tərəfdən şəffaf rəngli polietilenə bükülmüş yumru formalı bükümdə olmaqla, ümumi çəkisi 26 qram narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.
Modern.az