Türkiyənin Şirnak vilayətində qəzaya uğrayan hərbi helikopterdə ölənlərin sayı açıqlanıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəzaya uğrayan helikopterdə 13 nəfər həyatını itirib.
İlkin məlumata görə, helikopter elektrik xəttinə toxunaraq qəzaya uğrayıb.
23:38
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, insident Şırnak vilayətində qeydə alınıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir. Ölənlər və yaralananlar barədə məlumat daxil olmayıb.
İlkin ehtimala əsasən, helikopter elektrik xəttinə dəyərək qəzaya uğrayıb. Hadisə yerinə xilasedicilər göndərilib.
Modern.az