Modern.az

Dövlət xəstəxanalarında qan analizi üçün xəstədən niyə pul istənilir?

Dövlət xəstəxanalarında qan analizi üçün xəstədən niyə pul istənilir?

1 May 2011, 15:34


Ölkədə korrupsiyaya qarşı mübarizə aparıldığı deyilsə də, bəzi dövlət müəssisələrində qanunsuz ödənişlərin tələb olunması halları davam etməkdədir.

Bəzi dövlət səhiyyə müəssisələrində qanın analizi üçün xəstələrdən pul istənilir, əsas da bunu göstərirlər ki, analiz üçün lazım olan maddələrlə - reaktivlərlə təmin olunmurlar.

Bir sıra dövlət xəstəxanalarının laboratoriyalarında deyirlər ki, onlar reaktivləri öz pulları ilə almağa məcbur olduqlarından analizə gələn xəstələrdən pul istəyirlər.
  
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova isə Modern.az-a açıqlamasında bu iddialarla razılaşmayıb. “Səhiyyə Nazirliyi tərəfindən dövlət xəstəxanaları dərman preparatları, laboratoriya müayinləri üçün reaktivlərlə pulsuz təmin olunur”-deyə o, bildirib.

Mətbuat xidmətinin əməkdaşı dövlət xəstəxanalarında qan azalizi üçün reaktivlərin pulla alınmasını və buna görə xəstələrdən pul pul tələb olunmasını əsassız söz-söhbət adlandırıb.
“Elə bir şey yoxdur. Əgər dövlət xəstəxanalarında belə neqativ hallar olarsa, xəstələr Səhiyyə Nazirliyinin “qaynar xətti”nə zəng edib məlumat versinlər” deyə S.Məmmədova vurğulayıb.

Modern.az-a göndərilən oxucu müraciətlərində Mikrobiyologiya İnstitutu, Ailə Planlaşdırılma Mərkəzi, 1 saylı Şəhər Klinik Xəstəxanasında sözügüedən nöqsanların olduğu qeyd edilir.

Aytən ƏLİYEVA 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza