Mayın 1-də futbol üzrə Azərbaycan çempionatında - Premyer Liqada 29-cu tura yekun vurulub. Günün əsas maraq doğuran qarşılaşması AZAL-la "Neftçi" arasında baş tutub. Bakının Şüvəlan qəsəbəsindəki AZAL stadionunda təşkil olunan görüşdə "Neftçi" qələbə qazanaraq, 6 ildən sonra çempionluğu bayram edib.
Gərgin keçən görüş 3-1 hesabı ilə "Neftçi"nin qələbəsiylə yekunlaşıb. Beləliklə, "Neftçi" 2004-2005-ci il mövsümündən sonra ilk dəfə çempionluğa nail olub. Ümumilikdə isə "Neftçi" 5-ci dəfə qızıl medal qazanıb.
AZAL - "Neftçi" - 1:3
"Qarabağ" - "Bakı" - 2:2
"Turan" - "Muğan" - 0:1
"İnter" - "Xəzər Lənkəran" - 1:1
"Gəncə" - MOİK - 1:0
"Simurq" - "Qəbələ" - 0:0
Turnir cədvəli
| Komanda | O | Q | H | M | Qollar | Xallar |
1 | Neftçi | 29 | 19 | 8 | 2 | 52-13 | 65 |
2 | Xəzər Lənkəran | 29 | 15 | 10 | 4 | 34-16 | 55 |
3 | Qarabağ | 29 | 16 | 6 | 7 | 36-18 | 54 |
4 | AZAL | 29 | 12 | 9 | 8 | 32-25 | 45 |
5 | İnter | 29 | 12 | 8 | 9 | 28-24 | 44 |
6 | Bakı | 29 | 9 | 10 | 10 | 31-28 | 37 |
| |||||||
7 | Qəbələ | 29 | 11 | 11 | 7 | 28-17 | 44 |
8 | Muğan | 29 | 11 | 8 | 10 | 25-28 | 41 |
9 | Gəncə | 29 | 8 | 11 | 10 | 29-31 | 35 |
10 | Turan | 29 | 6 | 6 | 17 | 21-41 | 24 |
11 | Simurq | 29 | 3 | 7 | 19 | 15-46 | 16 |
12 | MOİK | 29 | 2 | 6 | 21 | 9-53 | 12 |
Modern.az