Türkiyədə keçiriləcək parlament seçkisi öncəsi hakim Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan azərbaycanlıların da yığcam yaşadığı İğdırda sakinlərlə görüşüb.
"CNNtürk"ün məlumatına görə, sakinlər qarşısındakı çıxışı zamanı Ərdoğan Ermənistana növbəti dəfə xəbərdarlıq edib.
Türkiyə-Ermənistan münasibətlərinə toxunan hökumət başçısı demişdir ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən münasibətlərin normallaşması mümkün deyil.
"Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsində Azərbaycanın arxasındayıq və bu mövqedən çəkilməyəcəyik. Türkiyə - Ermənistan sərhədlərinin bağlanmasına Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi səbəb olmuşdur. Ona görə də ilk növbədə torpaqlar işğaldan azad edilməlidir".
Modern.az