Modern.az

“Qəbələ” yeni oyunçu transfer etdi: “Qarabağdan təklif gəlmədi”

“Qəbələ” yeni oyunçu transfer etdi: “Qarabağdan təklif gəlmədi”

1 İyun 2017, 17:34

 

Yaxın günlərdə Qarabağ klubundan əzəli rəqibi olan Qəbələyə keçidi ilə Azərbaycan futbolunun gündəmini zəbt edən İlqar Qurbanov öz səssizliyini pozdu.

 

İ.Qurbanov Qəbələ klubuna keçidi ilə bağlı Modern.az saytına açıqlamalar verib.

 

“Qarabağ klubunda artıq 7 ildir ki, çıxış edirdim. Bu mövsüm müqaviləm başa çatdı. Klub tərəfindən müqavilənin uzadılmasına dair təklif gəlmədi. Bu artıq məndən asılı olan bir şey deyildi”.

 

Kariyerasında Türkiyənin Sivasspor və Boluspor klublarında da çıxış etmiş 31 yaşlı futbolçu, öz təcrübəsindən yararlanaraq Qəbələ klubunda yeni uğurlar əldə edə biləcəyini deyib:

“Qəbələ klubu ilə 2 illik müqavilə imzaladım. İnşallah burada yeni uğurlar qazanmaq istəyirəm. Qəbələ klubu çox böyük və iddialı klubdur. Yəni bildiyiniz kimi son illərdə topaz premyer liqasında zirvəyə oynayan bir neçə klubdan biridir. Klubun rəhbərliyindən də razıyam”.

 

Təcrübəli yarımmüdafiəçi Topaz premyer liqasındakı zirvə rəqabətindən də bəhs edib:

“Birincilik uğrunda həmişə gərgin mübarizə olub. Hər il belə davam edir. Bu, istər bu gün olsun, istərsə 5 il sonra da belə davam edəcək. Rəqabət həmişə olacaq. Futbolun gözəlliyi də bundan ibarətdir”.

 

Futbol kariyerasında daxili hisslərə heç vaxt yer vermədiyini deyən futbolçu bundan sonra da bunun dəyişməyəcəyini bildirib:

“Qəbələ klubunda bu mövsümdə uğurlu bir çıxış var. Mən bunu Qarabağ klubunda olarkən də demişəm. Hər həs çempion olmaq istəyər. Hazırda bu klubun futbolçusuyam. Deməli onun uğurları üçün çalışacağam. Bu barədə duyğusallığa yer yoxdur”.

 

 

Məcid Əmirov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər