Modern.az

Barak Obama: "Ben Laden öldürülüb, cəsədi əlimizdədir"

Barak Obama: "Ben Laden öldürülüb, cəsədi əlimizdədir"

Təhsil

2 May 2011, 10:27

ABŞ prezidenti Barak Obama “Əl-Qaidə” terror təşkilatının lideri Usamə Ben Ladenin öldürüldüyünü bəyan edib.

Usamə Ben Laden Pakistanın paytaxtı İslamabad yaxınlarında ABŞ əsgərləri tərəfindən təşkil edilən bir hücum nəticəsində məhv edilib və cəsədi də ABŞ gücləri tərəfindən ələ keçirilib.

Modern.az “CNNtürk”ə istinadən bildirir ki, Barak Obama Ağ Evdə verdiyi açıqlamada Ben Ladenin öldürülməsi mövzusunda danışarkən "ədalət yerini tapdı" deyib.

Obama, əməliyyatda heç bir amerikalının həyatını itirmədiyini söyləyib.
“ABŞ, “Əl-Qaidə” lideri və minlərlə kişi, qadın və uşağın ölümündən məsul bir terrorçunun öldürüldüyü bir əməliyyat icra etdi"-deyə Obama bəyan edib.

ABŞ prezidentinin sözlərinə görə, keçən ilin avqustunda Ben Laden haqqında bir ipucu əldə edilib və nəhayət ötən həftə bir nömrəli terrorçunun öldürülməsi üçün əməliyyat əmri verib. Obama deyib ki, Ben Laden Pakistanın içindəki bir binada gizlənirmiş.

ABŞ rəhbərliyindən verilən məlumata görə, Pakistanda təşkil edilən əməliyyatda Ben Ladenin yanındakı 3 adamın daha həyatını itirdiyi bildirilir. “Reuters” agentliyinin bildirdiyinə görə, amerikalı səlahiyyətlilər hücumda öldürülənlərdən birinin Ben Ladenin oğlu olduğunu istisna etməyiblər.

Pakistan kəşfiyyatının rəısmilərindən biri Usamə Ben Ladenin öldürüldüyünü təsdiqləyib.

ABŞ-ın es-prezidenti Corc Buş "çox əhəmiyyətli bir müvəffəqiyyətdir" deyib.

Bu arada ABŞ-da sevinc nümayişləri keçirilir. ABŞ mediasında verilən xəbərlərdə bildirilir ki, FTB Ben  Ladenin DNT nümunələrinin müqayisə edildiyini və ölü olaraq ələ keçirilən adamın Ben Laden olduğu təsdiqləndiyini açıqlayıb.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir