Modern.az

TQDK 25 şəhərdə sınaq imtahanı keçirib

TQDK 25 şəhərdə sınaq imtahanı keçirib

Təhsil

2 May 2011, 10:46

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də respublikanın 25 şəhərində sınaq imtahanı keçirib.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Ağstafa, Şəmkir, Tovuz, Şəki, Goranboy, Zərdab, Ağdaş, Füzuli, Beyləqan, Hacıqabul, Lənkəran, Cəlilabad, Quba, Qusar, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 42 binada keçirilib. 

İmtahanın idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb.

TQD-dan verilən məlumata görə, bütün binalarda imtahan təlıimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılıb. Həftə ərzində nəticələrin Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər. Belə ki, nəticələr elan olunduqda "Azercell" şirkəti ilə yanaşı, "Bakcell" mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərmələklə imtahan nəticələrini öyrənə bilərlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?