Bir müddət əvvəl “Milli.az” xəbər portalının baş redaktorunun dəyişəcəyi barədə məlumat vermişdik. Modern.az saytının məlumatına görə, artıq “Milli.az”ın yeni baş redaktoru məlum olub. Bunu əməkdaşımıza açıqlamasında saytın keçmiş baş redaktoru Sevda İlhamqızı da təsdiqləyib. Onun sözlərinə görə, xəbər portalının yeni baş redaktoru Anar İmanovdur.
Modern.az saytının əməkdaşı portalın yeni baş redaktor Anar İmanovla əlaqə saxlayıb və onu oxuculara bir qədər ətraflı tanış etmək istəyib. Amma baş redaktor "buna ehtiyac duymuram" deyərək danışmaqdan imtina edib. Hətta şəklinin dərc olunmasına da razılıq verməyib.
"Milli.az" xəbər portalının eks-baş redaktoru Sevda İlhamqızı isə "Day" Media Şirkətində baş direktorun müavini və şirkətin media layihələri üzrə şef-redaktoru təyin edilib.
"Day" Media Şirkətinə "Day.az", "Milli.az" xəbər portalları, "Today.az" saytı, "Day.az"radio və digər layihələr daxildir.
Aytən ƏLİYEVA