Modern.az

Barak Obamanın 8 milyon dollarıq YENİ İQAMƏTGAHI

Barak Obamanın 8 milyon dollarıq YENİ İQAMƏTGAHI

2 İyun 2017, 09:17

Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti Barak Obama “Ağ evi” tərk etsə də Vaşinqtonu tərk etmək niyyətində deyil. Beləliklə də o, Vudro Vilsondan sonra ikinci eks-prezidentdir ki, prezidentlik dövründən sonra paytaxt Vaşinqtonda qalmaq qərarını verib.


Modern.az-ın məlumatına görə, Obama “Ağ evi” Donald Trampa təhvil verdikdən sonra ailəsi ilə birgə Vaşinqtonun Kalorama rayonunda icarə etdiyi evə köçüblər. Bu evin aylıq icarə haqqı təxminən 22 min dollara başa gəlir. Ən azı iki il, kiçik qızları Saşanın təhsilinin başa vurmasına qədər paytaxtda yaşayacaqlarını düşünən Obamalar ailəsi həmin evi almaq qərarına gəliblər. Və eks prezident nə az, nə çox, 8 milyon dollar xərcə düşüb.

 

Kalorama Vaşinqtonda ən qədim, təhlükəsiz və nüfuzlu rayonlarından biri sayılır. Məhz bir çox səfirliklər, diplomatik korpuslar bu rayonda yerləşir. Obamanın yeni iqamətgahı isə Rusiya Mədəniyyət Mərkəzinin yaxınlığındadır.

 

Eks prezidentin yeni iqamətgahı ötən əsrin 20-ci illərində inşa edilib. İqamətgah 8 yataq, 10 vanna, bir neçə qonaq və iş otağı, çox da böyük olmayan həyətyanı sahədən ibarətdir.

 

İlham Cəmiloğlu

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?