YAP Nəsimi rayon təşkilatı Heydər Əliyevin anadan olmasının 88 illiyi və Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibətilə silsilə tədbirlər keçirir.
Silsilə tədbirlər çərçivəsində son zamanalarda rayonun ictimai həyatında xüsusi fəallıq göstərmiş Nəsimi rayon gəncləri ilə görüş də nəzərdə tutulub. Modern.az-a verilən məlumata görə, bu görüş sabah YAP Nəsimi rayon təşkilatının qərargahında keçiriləcək. Tədbirdə YAP-ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov tərəfindən fəal gənclərə təşəkkürnamələr, YAP sıralarına yeni daxil olmuş üzvlərə isə partiya vəsiqələri təqdim olunacaq.
Modern.az