ABŞ Dövlət Departamenti öz vətəndaşlarını müsəlman ölkələrinə səfərləri zamanı yüksək təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Modern.az BBC-yə istinadən bildirir ki, bu xəbərdarlıq Usamə Ben Ladenin öldürülməsindən sonra bu ölkələrdə baş verə biləcək anti-amerika iğtişaşlarının mümkün təhlüksəindən qorunmaq üçün edilib.
Qeyd edək ki, Ben Laden bu gün Pakistanda ABŞ tərəfindən öldürülüb. Bu barədə ABŞ prezidenti Obama rəsmi açıqlama ilə çıxış edib. Hazırda “N1 terrorçunun” cəsədi ABŞ hərbiçilərinin əlindədir.
ABŞ səfirliyi isə yanvar ayından etibarən terror təhlükəsi ilə bağlı amerikalılara Azərbyacana getməmək xəbərdalığı edib. Səfirlik son dəfə Modern.az-a bununla bağlı açıqlamasında xəbərdarlığın quvvədə qaldığını bildirmişdi..
Modern.az