Rusiya prezidenti Vladimir Putin ölkəsinin ABŞ-la münasibətləri normallaşdırmağa davam edəcəyini və bunun hər iki ölkənin marağına cavab verdiyini söyləyib.
Modern.az Rusdiya KİV-nə istinadən xəbər verir ki, o bu barədə Peterburqda keçirilən iqtisadi sammitdə deyib.
“Əminəm ki, münasibətlərin normallaşması hər iki ölkənin maraqlarına cavab verir və ABŞ-la, Trampla əməkdaşlığı davam etdirəcəyik. Amma uğur qazanmaq üçün hər iki tərəfin səyləri vacibdir”.
Vüqar İSMAYILOV