Modern.az

Türk Mədəniyyəti Fondunun rəhbəri Batumi meri ilə görüşdü

Türk Mədəniyyəti Fondunun rəhbəri Batumi meri ilə görüşdü

2 İyun 2017, 16:04

Gürcüstanda işgüzar səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 1 iyun 2017-ci il tarixində Batumi şəhərinin meri Giorgi Ermakov ilə görüşüb.

 

G.Əfəndiyeva G.Ermakova Fondun məqsədləri, fəaliyyət istiqamətləri və həyata keçirdiyi tədbirləri barədə məlumat verib. Görüş zamanı tarix boyu türkdilli və gürcü xalqlarının birgə yaşamasına, oxşar mədəni dəyər və ənənələrə malik olmasına dair fikir mübadiləsi aparılmış, mədəni irsin qorunması və təbliği üzrə bir sıra məsələlər müzakirə edilmişdir. Eyni zamanda, gələcəkdə əməkdaşlıq çərçivəsində birgə tədbirlərin reallaşdırılmasına dair razılıq əldə edilib.

 

Görüşdə Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov iştirak edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular