Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə vəzifəsindən azad olunub.
Prezident Administrasiyasının yeni strukturunda Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsi hələ ki boşdur.
Modern.az saytı Fatma Abdullazadənin müavini Məhərrəm Əhmədovla əlaqə saxlamağa çalışıb. Amma onunla telefon bağlantısı alınmayıb. Bunun ardınca saytımıza Məhərrəm Əhmədovun da vəzifədən azad olunduğu bildirilib.
Bir qədər öncə Məhərrəm Əhmədovla bağlı xəbər təkzib olunub və onun hazırda iş başında olduğu qeyd edilib.
Namidə BİNGÖL