Modern.az

Fransanın yeni prezidentinin Qarabağla bağlı mövqeyi - Əvvəlkilərdən fərq 

Fransanın yeni prezidentinin Qarabağla bağlı mövqeyi - Əvvəlkilərdən fərq 

2 İyun 2017, 17:10

"Hesab edirəm ki, Fransanın yeni Prezidenti Emmanuel Makronun mövqeyi də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələcək".

Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib.

Diplomat deyib ki, Emmanuel Makron Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin zəngin olduğunu anlayır.

Səfir qeyd edib ki, Fransa Prezidenti Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlıdır:

"O, münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək. Güman edirəm ki, onun mövqeyi də bu problemin sülh yolu ilə həll olunmasına yönələcək. Bu məsələdə ATƏT-in Minsk qrupunun rolunu da vurğulayıram. Əsas prioritet problemin sülh yolu ilə həllini tapmasıdır".

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular