Modern.az

Totti UEFA tərəfindən mükafatlandırıldı

Totti UEFA tərəfindən mükafatlandırıldı

2 İyun 2017, 17:21

Roma klubunda son çıxışından sonra  1 il daha futbol oynamaq istədiyini açıqlayan Françesko Totti UEFA tərəfindən mükafat alıb.

 

Modern.az xəbər verir ki, UEFA əfsanəvi futbolçunu “sədrlik” mükafatına layiq görüb.

UEFA`dan verilən açıqlamada, 40 yaşlı futbolçunun uğurlu kariyerası, peşəkarlığı və nümunəvi xarakteri ilə bu ada layiq görüldüyü bildirilib.

 

“Yarım əsrlik futbol həyatını sadəcə Roma klubuna həsr etmiş bir adam. Fantastik bir kariyera. Roma və futbola göstərdiyin qeyri-adi bağlılıq və fədakarlıq üçün təbriklər, Françesko”.

 

Bu  mükafatı daha öncə Paulo Maldini, Di Stefano, Franz Bekenbauer, Bobi Çarlton, Frenk Raykart və Yohan Kroyf kimi futbolçular qazanıb.

 

Məcid Əmirov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular