Modern.az

ANS-in keçmiş aparıcısı özünə yeni iş yeri tapdı

ANS-in keçmiş aparıcısı özünə yeni iş yeri tapdı

2 May 2011, 12:56

Modern.az saytının məlumatına görə, ANS telekanalının “Xəbərçi” proqramının sabiq layihə rəhbəri, tanınmış telejurnalist Azadə Balayeva özünə yeni iş yeri tapıb. Belə ki, o, telejurnalist kimi fəaliyyətini Rusiyadaki “İnter-Azərbaycan” telekanallnın Azərbaycan  bölməsində davam etdirəcək.

Artıq telakanal Azərbaycanda fəaliyyətini genişləndirir. Buna uyğun olaraq xanım həmkarımız “İnter-Azərbaycan”ın Azərbaycan üzrə Xəbərlər Departamentinə rəhbərlik edəcək.

Yaxın perspektivdə “Xəbərlər” buraxılışı tam olaraq buradan hazırlanaraq Moskvaya ötürüləcək. Hazırda ayrı-ayrı süjetlər hazırlanaraq Moskvaya göndərilir və yayımlanır. Yaxın vaxtlarda süjetlərin “Türksat”dan da yayımlanması nəzərdə tutulur.

Məsələ ilə bağlı əməkdaşımız keçmış ANS-çi ilə əlaqə saxlayıb. Azadə Balayevə bu məlumatı təsdiqləyib.
Qeyd edək ki, A.Balayeva 7 il idi ANS-də işləyirdi. Ondan öncə isə “525-ci qəzet”də çalışıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi