Modern.az

İsrail ordunu hazır vəziyyətə gətirdi

İsrail ordunu hazır vəziyyətə gətirdi

2 İyun 2017, 23:41

Qüds şəhərində yerləşən Əl-Əqsa məscidinə on minlərlə fələstinli Ramazan ayının ilk cümə namazı üçün toplaşıb. Modern.az Axar.az-a istinadən  xəbər verir ki, İsrail hökuməti insanların namaz qılmasına əngəl olmasına baxmayaraq, fələstinlilər bir araya gəlməyi bacarıblar.

Qüds və İordan çayının Qərb sahili arasında keçid məntəqəsinin ərazisində İsrail hərbçiləri nəqliyyatın hərəkətini dayandırıblar. Bundan sonra fələstinlilər bir neçə saat öncədən məscidin yolunu piyada getmək məcburiyyətində qalıblar.

İlk cümə namazı üçün 250 min fələstinlinin Əl-Əqsaya toplaşdığı bildirilib. Eyni zamanda yüzlərlə İsrail polisi Əl-Əqsa məscidinin divarları yaxınlığında yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qeyd edək ki, İordan çayının qərb sahili və Şərqi Yerusəlim 1967-ci ildən İsrailin işğalı altındadır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?