ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ABŞ Sülh Korpusunun 50 illiyi ilə bağlı Azərbaycanın bölgələrinə səfərə çıxıb. M.Brayza ilk olaraq İsmayıllıya gələrək, Sülh Korpusunun rayondakı fəaliyyəti ilə tanış olub. Korpus mədəni mübadilə, sosial yardım və dil tədrisi ilə məşğuldur. (APA)
M. Brayza Azərbaycan-ABŞ münasibətləri barədə danışaraq deyib ki, bir neçə ay öncə bu münasibətlərdə müəyyən çətinliklər olub: “Biz bir-birimizdən soruşurduq ki, Azərbaycan-ABŞ münasibətləri nə dərəcədə möhkəmdir? Amma indi, xüsusən də son iki həftənin təmas və dialoqları bütün çətinlik və anlaşılmazlıqları geridə qoymağa imkan verdi”.
Səfir deyib ki, Azərbaycan ABŞ üçün üç baxımdan - coğrafi mövqe, enerji əməkdaşlığı və demokratik inkişaf cəhətdən mühüm ölkədir: “İndi əvvəlki dövrlə müqayisədə ABŞ-Azərbaycan əlaqələri inkişaf edir”.