Modern.az

ARDNŞ Qazsaxlama Anbarındakı partlayışla bağlı açıqlama yayıb

ARDNŞ Qazsaxlama Anbarındakı partlayışla bağlı açıqlama yayıb

2 May 2011, 14:45

Mayın 1-də günorta saatlarında ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin Yeraltı Qaz Anbarları İdarəsinin Qalmaz sahəsində qəza baş verib. ARDNŞ-nin mətbuat xidməti bununla bağlı məlumat yayıb.
Məlumata görə, “Qalmaz” Yeraltı Qazsaxlama Anbarında aparılan genişləndirmə işləri zamanı köhnə işlək seperatorların yenisi ilə əvəz edilərək ləğvetmə işləri aparılarkən separator qurğusunun daxili konstruksiyasında olan nasazlıqdan partlayış baş verib. Hadisə nəticəsində bu sahədə çalışan “Neftqaztikinti” Trestinin 5 saylı İnşaat-quraşdırma İdarəsinin briqadiri Arif Bəşirov həlak olub, həmin idarənin quraşdırıcısı Vaqif Şəfiyev isə yaralanıb. Hadisənin başvermə səbəblərinin araşdırılması məqsədi ilə komissiya təşkil edilmişdir, təhqiqat işləri aparılır.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?